16 il sonra İngiltərə Premyer Liqasına yüksələn "Lids"in prezidenti Andrea Radrizzani transfer dedi-qodularına münasibət bildirib.

Rekord.az xəbər verir ki, klub rəhbəri PSJ-dən ayrılan Edinson Kavanini transfer etmək istədiklərini deyib:

"Kavani İngiltərəyə adaptasiya ola biləcək futbolçudur. Baş məşqçi Marselo Byelsa ilə onun keçidi barədə danışmamışam. Ancaq Kavani azad agentdir və onun transferini düşünürük".

Klub prezidenti "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç barədə də fikir bildirib: "Onu yanvarda almağa çalışdıq, lakin "Milan"ı seçdi. Məncə, onun transferi gecdir, İngiltərədə futbol tam fərqlidir".