Misli Premyer Liqasının XVI turunda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb.


Rekord.az xəbər verir ki, bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.


Daha çox qola üzülən sonuncu komandaya 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.


Qeyd edək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.