Güclülər dəstəsi, 2003-cü il. Çempionluq uğrunda mübarizə aparan iki komanda – «Neftçi» və «Şəmkir» İsmət Qayıbov adına stadionda üz-üzə gəlir.

Rekord.az xəbdər verir ki, bakılıların sükan arxasında Kazbek Tuayevdir, qərbliləri isə Qəhrəman Əliyev çalışdırır.

Qonaqlar Kənan Kərimov və Badri Kvaratsxeliyanın vurduğu qollarla hesabda 2:0 önə keçsə də, «ağ-qaralar» sona 15 dəqiqə qalmış status-kvonu bərpa edir.

Öncə İqor Getman, ardınca Aqil Məmmədov fərqlənir. Ev sahibləri qələbə də qazana bilərdi: əgər Vidadi Rzayev penalti zərbəsini dəqiq yerinə yetirsəydi.