Fransa milli komandası yoxlama oyununda Ukrayna yığmasını məğlub edib.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 7:1 hesabıyla bitən görüş fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa üçün əlamətdar olub.

Belə ki, Ukrayna ilə matçda fərqlənən futbolçu, Fransa millisinin tarixində qol vuran ən gənc 2-ci futbolçu olub.

Fransa yığması tarixində qol vuran ən gənc futbolçu isə Moris Qastiqdir. Sabiq hücumçu 1914-cü ildə Fransa millisi ilə İsveçrəyə qarşı oyunda fərqləndiyi zaman 17 yaş 5 aylıq idi.