17 yaşında SSRİ İdman Ustası adını alan bakılının enişli-yoxuşu karyerası YAZI + FOTOLAR
- 10 Apr 2020 17:00
- 1151
“Özümü aldatmağın mənası yox idi”
Vladislav Lemiş. Orta nəsl futbol azarkeşləri bu adı çox gözəl xatırlayır. Lemiş 80-ci illərdə Azərbaycan futbolunun yetişdirib ortaya çıxrdığı ən istedadlı futbolçulardanm biri olub. Gəmnc nəsil bəlkə də onu tanımaz. Ancaq biz “Çempion” olaraq zaman-zaman Azərbaycanın futbol tarixində iz qoymuş futbolçularla bağlı yazıları sizing diqqətinizə çatdırırıq. Bu dəfə də arxivi ələk-vələk eliyib Lemişlə bağlı maraqlı yazı ortaya çıxrmağa çalışdıq. Ümid edirik ki, bu yazı həm Vladislavı yaxından tyanıyanlar, həm də tanımayan gənc nəsl üçün maraqlı olacaq. Lemiş bakılıdı. Azərbaycandan çıxıb ölkə xaricində legioner həyatı yaşan ilk futbolçulardandır. Hətta Avropada oynamaış ilk futbolçudur desək daha düzgün olar. Belə ki, 1992-ci ildə o, “Espanyol”la müqavilə imzalayaraq İspaniyaya yollanıb. (Çoxları bu günə qədər elə bilirdi ki Azərbaycanın Avropadakı ilk təmsilçisi Vəli Qasımov olub) Lemişin futbol tariximizdə başqa unikal göstəricisiləri də var. “Neftçi”nin yetirməsi 1987-ci ildə SSRİ yığmasının heyətində 17 yaşlılar arasında dünya çempionu olmaqla, böyük bir uğura imza atıb. Rusiya millisinin tarixində ilk oyunda meydana çıxan Lemiş, sonradan Azərbaycan millisinə də cəlb edilib. Beləcə SSRİ, Rusiya və Azərbaycan millisində – 3 komandada forma geyməklə dünya futbolunda nadir bir hadisəyə səbəb olub… Keçid dövrünün qurbanlarından sayılan və bu üzdən yüksək potensialını tam aça bilməyən Lemişin karyerası belə önəmli məqamlarla zəngindi. Amma nədənsə futbolumuzun bu parlaq yetirməsinə indiyədək ölkə idman mətbuatı demək olar ki, tam biganə münasibət göstərib. Boşluğu aradan qaldırmağı və oxucularımızı Lemişlə ətraflı tanış etməyi özümüzə borc bildik.
17 yaşında SSRİ İdman ustası adını aldı
Lemiş Vladislav Yuryeviç 1970-ci ilin avqustun 20-də Bakıda doğulub. Şəhərin “Əmək ehtiyatları” futbol məktəbinin yetirməsidi. İlk müəllimi Alik Cəfərov olub. Boyu o qədər də hündür olmayıb. Amma kiçik yaşlarından məhsuldarlığı ilə diqqət çəkib. Tezliklə “Neftçi”yə cəlb edilib. 1987-ci ildə futbolumuzun digər təmsilçiləri Vladislav Qədirov və Arif Əsədovla birgə SSRİ yeniyetmələr yığmasına çağrılıb. Onlar Kanadada keçirilən dünya çempionatında gözlənilmədən qızıl medallara sahib çıxıblar. Buna görə elə həmin il, 17 yaşlarında SSRİ idman ustası adıyla təltif ediliblər. Bildiyiniz kimi, o vaxtlar İdman ustasıa dı verilərkən yaşa yox, göstərilən nəticəyə baxılırdı. Onda hamı heyətində birdən-birə 3 gənc dünya çempionu yer alan “Neftçi”ni parlaq gələcək gözlədiyini ümid edirdi. Amma Qədirov, Əsədov və Lemiş onlardan gözlənilən uğurların heç cüzi bir hissəsini də qazanmadılar. Bunu üçlüyün lipa olmasıyla izah edənlərdə var. Mübahisəli məsələdir olduğundan bunun üzərində dayanmasaq yaxşıdır. Dəqiq olan odur ki, “Neftçi”dən olan çempionların sonradan bəxtləri heç gətirmədi. 80-ci illərin sonu, 90-ci illərin əvvəli böyük futbolçu kimi yetişmək üçün münasib vaxt deyildi. Hər halda Qədirovdan və Əsədovdan fərqli, Lemiş buna cəhd etdi. Müəyyən dərəcədə irəli də gedə bildi….
“Spartak”ın qapısına vurulan ilk qolun müəllifi
Lemiş, 1988-ci ildə Moskva “Dinamo”suyla görüşdə SSRİ çempionatının güclülər dəstəsində debüt edir. Amma cəmi 4 oyunda meydana çıxır. 1990-cı ildə “Neftçi”nin düşərgəsindən ayrılır, Krasnodara yollanır. Son SSRİ çempionatının birinci dəstəsində “Kuban”da oyanyır. Komandanın əsas qol silahına çevrilir. 15 topla liqanın bombardirləri sırasında yer alır. Yeni mövsümə o vaxt çox güclü olan Moskva “Torpedo”sunda başlamalıydı. Di gəl hadisələr elə cərayan edir ki, Krasnodarda qalmalı olur. SSRİ dağılır. Müstəqil Rusiyanın ilk çempionatında güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparan “Kuban”ın lideri sayılır. 1992-ci il mövsümündə 15 oyunda 5 qolla yenə komandasının ən sərrast snayperi olur. Bu toplardan biri Rusiya çempionatları tarixində Moskva “Spartak”ının qapısına vurulan ilk qol kimi tarixə düşür. “Lujniki”də keçirilən qarşılaşmanın 10-cu dəqiqəsində Stanislav Çerçesovu məyus edərək, hesabı açır (moskvalılar sonuncu dəqiqədə Vladimir Besçatnıxın vurduğu topla həmin görüşdə qələbə qazanmışdı – 2:1). Elə həmin matçda ispanların diqqətini çəkir. Moskva “Torpedo”suyla gözlənilmədən heç-heçə etdikləri görüşdə əcnəbi seleksiyaçılar bakılı forvardı bir daha canlı izləyir. Onu “Espanyol”a dəvət edirlər. Amma birinci mərhələ başa çatmadığından gözləməli olur. Və nəhayət, 1992-ci ilin avqustunda Barselonaya üz tutur. “Espanyol”la müqavilə imzalayır.
Bu da İspaniya, bu da Kataloniya
Lemiş, nəinki Azərbaycanın, ümiyyətlə postsovet məkanının SSRİ-nin dağılması ilə birgə Qərbə axın edən ilk futbol elçilərindən sayılır. Ancaq məşhur klubun rəsmi oyunlarda formasını geymək ona nəsib olmur. Onda İspaniyada legioner limiti ciddi idi. Barselona klubunda isə artıq 4 əcnəbi vardı. Bu üzdən 22 yaşlı gənc həmyerlimizi oyun praktikasının yoxluğundan əziyyət çəkməsin deyə, ikinci divizionda çıxış edən “Palamos”a icarəyə verirlər. Qalanını futbolçunun öz dilindən eşidək. Sonradan “Sport-Ekspress” qəzetinə verdiyi müsahibədə Vladislav İspaniya macərası haqda geniş danışmışdı.
- Özümü aldatmağın mənası yox idi. Bilirdim ki, “Espanyol”da möhkəmlənmək şansım azdı. Elə başqa kluba icarəyə veriləcəyimi gözləyirdim. Avropada belə praktika geniş yayılıb. Mənimlə Barselonadan 60 km aralıda olan balaca katalon şəhərciyinin komandası maraqlandı. “Palamos” ikinci diviziona təzə yüksəlmişdi. Eyni adlı şəhərin cəmi 12 min əhalisi vardı və klub rəhbəliyi qarşımıza daha böyük məqsədlər qoymamışdı.
- Siz bu cür, heç də bərabər sayılmayacaq rokirovkadan razı qaldız?
- Əhvalımı korlamadım. Özümü göstərmək imkanım vardı. Həm də İspaniyanın ikinci divizionunda da səviyyə yetərincə yüksək idi. Meydanda güc futbolu gedirdi, mən isə buna qarşı deyiləm. Əlbəttə, ilk üç ay çətin idi. Müəyyən çətinliklərim vardı. İlk növbədə dillə bağlı. Sonradan hər şey qaydasına düşdü.
- “Palamos”un Lemişdən başqa legionerləri vardı?
- Bəli, özü də tam dəst…Məndən başqa yuqoslav Miziç və argentinalı Alfaro Moreno oynayırdı. Onları məşqçi Petroviçin gedişindən sonra “Espanyol”dan xaric etmişdilər.
- Siz birinci rollardaydız, yoxsa…?
- Daim oynayırdım. Düzdü, zədə üzündən iki ay meydandan kənarda da qalmalı oldum. 38 oyundan 25-də iştirak etdim. 8 top vurdum. Bu göstəriciyə görə komanda yoldaşlarımdan yalnız biri məni qabaqladı.
- Aralıq dənizi sahilində gündəlik həyatınız necə keçirdi?
- Pis deyildi. Yayda bizim balaca şəhərimizin əhalisi 10 dəfə artırdı. Tətilə, dincəlməyə gələnlərin sayəsində…O şəhərdə pis şəraitli ev yox idi. Məndə 7 otağı olan ikimərtəbəli evdə qalırdım.
- 12 minlik şəhərdə stadiona nə qədər adam gəlirdiki?
- Bizim 5 minlik stadionumuz demək olar ki, həmişə dolu olurdu. Şəhərin yarısı komandasına baxmağa yığışırdı. Azarkeşlər hətta legionerlərin şərəfinə stadiona bayraq da asmışdı: Argentina, Yuqoslaviya və Rusiya bayrağını. Mövsümün sonunda Moreno və Miziç heyəti tərk etdi.
- Bəs Lemiş?
- 1993-cü ilin yayında mən onlarla iki illik yeni müqavilə imzaladım. Şərtlərinə görə “Espanyol”dakından bir qədər geri qalırdı. Amma məni tam razı salırdı. Gəl ki, İspaniyada qalmaq mənə qimət deyilmiş…Yeni mövsümdə “Palamos”da artıq 4 oyun keçirmişdim. Və birdən kulba İspaniya Futbol Federasiyasından faks gəldi – Lemiş sizin komandada oynaya bilməz, müqaviləni pozun!
- Səbəb nə idi?
- İspanlar Rusiyadan mənim transfer sertifikatımın təsdiqini almamışdılar. Belə olan halda “Palamos”un məni necə çempionatın iştirak ərizəsinə saldığını hələ də başa aça bilmirəm…Bu işləri şəxsi müqaviləm olan xüsusi agentim aparırdı. Amma ondan da heç bir məntiqli izahat ala bilmədim.
- Sonra nə oldu?
- Gizlətməyim, bu xəbər mənim üçün aydın səmada şimşək idi…Klub rəhbəliyi bir ayda məni elə-belə heyətdə saxlayıb, maaş verdi. Çox istəyirdilər qalım…Bəlkə düzəldi deyə. Amma alınmadı. Moskavaya uçdum.
Maltada nə baş verib?
Elə həmin vaxt Lemiş millimizə dəvət alır. Baxmayaraq ki, bunadək Rusiya millisində oynamışdı. 1992-ci ilin avqustun 16-da Rusiya millisi tarixində ilk oyununu keçirir. Şimal qonşularımız SSRİ-nin bütün istedadlı futbolçularına sahib çıxmaq üçün, hamının qabaqlayıb tez bir zamanda onları yığmalarında oynatmağa çalışır. Dünya çempionu Lemişə Azərbaycanın yiyələnəcəyindən qorxan ruslar, “Kuban” kimi autsayder komandada oynamasına rəğmən ona da dəvət göndərir. ABŞ-da keçirilən Meksikayla yoldaşlıq oyunu 2:0 hesabıyla rusların xeyrinə başa çatır. Vladislav son 11 dəqiqədə meydanda olur. Sonradan bakılı hücumçu gözlənilən səviyyəyə qalxmadığı üçün Rusiya millisinin məşqçilərinin diqqətindən kənarda qalır. Bundan istifadə edən Fuad Musayev onu vətəni Azərbaycanın şərəfini qorumağa dəvət edir. 1994-cü ilin aprelin 19-da Maltada keçirilən yoldaşlıq görüşündə Lemişdə forma geyir. “Cırtdanlar” millimizi 5:0 hesabı ilə darmadağın edir. Bundan sonra vətən də unudulur. Səbəbini dəqiq demək çətindi. Bəlkə də Musayev Malta darmadağınından sonra onun “qələmini qırır”.
Şəkər zavodunun işçisi
Hər halda həmin ildən Lemişin karyerası da enişə keçir. Maliyyə imkanları pisləşən “Kuban”ı tərk edir. 1995-ci ildə ümumiyyətlə peşəkar futbola “əlvida” deyir. Ancaq Krasnodar diyarının yerli həvəskar komandalarında oynayır. Bir ara hətta məcburiyyət qarşısında qalıb Timaşevsk şəhərində şəkər zavodunda işə düzəlməli olur. Eyni zamanda “İzumrud” adlı komandanın tərkibində bölgə çempionatında oynayır. Məhz burda çəkisi xeyli artan bakılı bombardiri Şimalı Qafqazda tanınmış məşqçi sayılan Səfərbəy Eşuqov görür. Onu yenidən peşəkar futbola qaytarır. Rəhbərlik etdiyi ikinci liqa təmsilçisi Maykop “Drujba”sında Vlad ikinci gəncliyini yaşayır. 1996-cı ildə 11 qolla komandasının qoleadoru olur. Ancaq bir yerdə qərar tutmur. Əvvəlcə Stavropol “Dinamo”sunda, sonra isə “Baltika”da çıxış edir. 1998-ci ildə Belarusa üz tutur. Mozır “Slaviya”sının heyətində güclülər dəstəsində 4 oyuna çıxır, 1 qol vurur. İkinci dəfə, bu dəfə birdəfəlik futboldan gedir. 28 yaşında peşəkar karyerasını başa vurur. Sonrakı taleyı isə məskunlaşdığı Krasnodar diyarı ilə bağlıdı. Əvvəl-əvvəl burada həvəskar səviyyədə çıxışlarını davam etdirir. 2003-cü ildə isə şəhərin “Viktoriya-ŞPK” komandasında oynayan məşqçi kimi fəaliyyətə başlayır. Hazırda da Krasnodarın həvəskar və tələbə komandalarında baş məşqçisi işləyir.