17 yaşlı futbolçunun forma nömrəsi əbədiləşdirildi
- 24 İyl 2020 21:00
- 606
İngiltərənin “Birmingem” klubu Dortmund “Borussiya”sına transfer olunan Cuda Bellingemin forma nömrəsini əbədiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 17 yaşlı futbolçunun 22 nömrəli formasının əbədiləşdirildiyi və bundan sonra heç bir oyunçuya verilməyəcəyi bildirilib.
Bellingem 23 milyon avro qarşılığında “Borussiya”ya transfer olunub. Bununla da o, “Birmingem” tarixinin ən baha satılan futbolçusuna çevrilib.