Bakıda təlim-məşq toplanışını davam etdirən 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə U-17-nin xeyrinə başa çatıb.

U-17-nin heyətində Samir Ağayev və Sənan Ağalarov fərqlənib. U-19-un qoluna isə Zöhrab Əsədov imza atıb.