Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci turun oyunları üçün təyinatlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, FİFA referisi Əliyar Ağayev martın 18-də keçiriləcək “Qarabağ-2” – “Sumqayıt-2” matçını idarə edəcək.

Lider “Turan Tovuz”un ən yaxın izləyicisi “Zaqatala” ilə oyunu Namiq Bəkirova tapşırılıb.

Qeyd edək ki, 18-ci tur çərçivəsində keçirilməli olan “Sabah” və “Neftçi”nin əvəzediciləri arasındakı oyun aprelin 20-nə təxirə salınıb.

Birinci Divizion
18-ci tur

18 mart

Qarabağ-2 – Sumqayıt-2
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Tərlan Talıbzadə, Tural Qurbanov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00

Kəpəz – Keşlə-2
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Gəncə şəhər stadionu, 15:00

19 mart

Turan Tovuz – Zaqatala
Hakimlər: Namiq Bəkirov, Akif Əmirəli, Ruslan Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 14:00

MOİK – Qaradağ Lökbatan
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Kərim Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 15:00.