Azərbaycan cüdoçuları Çexiyanın Nimburk şəhərində təlim-məşq toplanışına qatılıblar.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


Yığmanın 19 üzvü hazırlıq prosesində iştirak edir.


Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkil etdiyi düşərgəyə 36 ölkədən 824 idmançı qatılıb.