190 futbolçu, 1 məşqçi şəhid olub - AFFA rəsmən açıqladı
- 06 Yan 2021 20:45
- 716
AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 190 nəfər oyunçu, 1 nəfər isə məşqçi kimi sistemdə qeydiyyatda olub.
Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.
2009-cu ildən bu günə kimi 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.
Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.
Allah bütün şəhidlərimizə rəhmət etsin!