2-ci dövrənin ən yaxşısı məlum oldu
- 09 Dek 2019 13:23
- 776
Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ilk yarısı başa çatıb.
Rekord.az xəbər verir ki, klublar 2019-cu ildə ilk iki dövrənin oyunlarını keçiriblər. 2-ci dövrənin 7 turunda 28 matç baş tutub.
Bu qarşılaşmalarda “Neftçi” hamıdan çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı, ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.
Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər. Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.
1-ci dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.