AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, bu gün baş tutmuş iclasda 2-ci Liqanın 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Kür-Araz” – “Şəfa” görüşündə “Kür-Araz”ın futbolçusu Mirabbas Mirbabayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.


“Kür-Araz” – “Şəfa” görüşü Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.


“Dinamo” – “Qusar” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilib.


“Dinamo” – “Qusar” oyununda “Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” komandası 70 manat cərimə edilib.


“Lerik” – “Hypers Guba” oyununda “Lerik”in futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Lerik” komandası 100 manat cərimə edilib.


“Lerik” – “Hypers Guba” görüşündə oyun günü planı pozulduğuna görə “Lerik” komandası 100 manat cərimə edilib.


“Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilib.


“Füzuli” – “Sheki City” görüşünün 79-cu dəqiqəsində “Füzuli” komandasının 19 nömrəli futbolçusu Elçin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Füzuli” komandası 50 manat cərimə edilib.


“Füzuli” – “Sheki City” görüşünün oyunöncəsi iclasında “Sheki City” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Sheki City” komandası 80 manat cərimə edilib.