
2-ci Liqa komandalarının cəzası açıqlandı
- 27 Mar 2025 15:40
- 109
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Ağdaş” – “Sheki City” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.
“Ağdaş” – “Sheki City” oyununun 90+3-cü dəqiqəsində “Ağdaş” komandasının 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Ağdaş” komandası 50 manat cərimə edilib.
“Ağdaş” – “Sheki City” oyunu bitdikdən sonra “Ağdaş” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Ağdaş” komandası 80 manat cərimə edilib.
“Şəfa” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.
“Şəfa” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəfa” komandası 80 manat cərimə edilib.
“Kür-Araz” – “Füzuli” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.
“Kür-Araz” – “Füzuli” oyununda “Kür-Araz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Kür-Araz” – “Füzuli” oyununda “Füzuli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Füzuli” komandası 70 manat cərimə edilib.
“Kür-Araz” – “Füzuli” oyununda “Füzuli” komandasının adı matçın protokolunda olmayan rəsmi şəxsi Vasif İsmayılov texniki zonada olduğu üçün “Füzuli” komandası 80 manat cərimə edilib.