2-ci Liqanın oyunları ilə bağlı cəzalar açıqlandı
- 11 Okt 2024 14:40
- 172
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Saatlı-Araz” – “Qusar” oyunu “Qusar” klubunun formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Qusar” komandası 80 manat cərimə edilib.
“Saatlı-Araz” – “Qusar” oyununun matçöncəsi iclasında “Qusar” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Qusar” komandası 80 manat cərimə edilib.
“Füzuli” – “Kür-Araz” oyununun 45-ci dəqiqəsində “Füzuli” klubunun 8 nömrəli futbolçusu Elvin Yunusov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Füzuli” komandası 50 manat cərimə edilib.
“Şimal” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Ağdaş” oyununun 62-ci dəqiqəsində “Sheki City” klubunun 55 nömrəli futbolçusu Elçin Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sheki City” komandası 50 manat cərimə edilib.
“Sheki City” – “Ağdaş” oyununun 73-cü dəqiqəsində “Ağdaş” klubunun 4 nömrəli futbolçusu Azad Əzimli ikinci sarıdan sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Ağdaş” komandası 50 manat cərimə edilib.
“Sheki City” – “Ağdaş” oyununda “Ağdaş” klubunda 5 nəfər sarı vərəqə aldığına görə “Ağdaş” komandası 70 manat cərimə edilib.
“Hypers Guba” – “Göygöl” oyununun 77-ci dəqiqəsində “Göygöl” klubunun 32 nömrəli futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Göygöl” komandası 50 manat cərimə edilib.
“Hypers Guba” – “Göygöl” oyununda “Hypers Guba” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilib.