20 tur, 19 penalti, 16 qol
- 10 Apr 2020 20:30
- 698
Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 19 penalti təyin olunub.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 20 turun 80 matçında 16 qol 11 metrlik nöqtədən vurulub. Digər 3 penalti zərbəsi dəqiq olmayıb.
Meydan sahibləri 10, qonaqlar 9 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Qolla nəticələnməyən hər üç penalti meydan sahiblərinin passivindədi.
“Səbail” hamıdan çox – 6 belə zərbə vurubsa, “Sabah” penalti imkanı qazanmayıb. “Sumqayıt” ən çox cəzalanan komandadısa, “Qarabağ”ın qapısına penalti təyin edilməyib.
Qeyd edək ki, Emin Mahmudov (“Neftçi”), Nikolas Raysel (“Qəbələ”), Mehdi Şərifi, Peyman Babayi (hər ikisi “Sumqayıt”), Hendrik Ekşteyn (“Səbail”) və Ağabala Ramazanov (“Səbail”də olarkən) hərəyə 2 penalti zərbəsi vurub. Bu oyunçulardan yalnız Ramazanov bir imkanı qaçırıb.
klub |
vurulan |
rəqib |
||
penalti |
dəqiq |
penalti |
dəqiq |
|
Qarabağ |
1 |
1 |
0 |
0 |
Neftçi |
2 |
2 |
4 |
3 |
Keşlə |
1 |
1 |
3 |
3 |
Sumqayıt |
5 |
4 |
4 |
4 |
Zirə |
2 |
1 |
2 |
2 |
Sabah |
0 |
0 |
2 |
1 |
Səbail |
6 |
5 |
1 |
0 |
Qəbələ |
2 |
2 |
3 |
3 |