2019-20-ci il mövsümü Premyer Liqa qapıçıları nə ilə yadda qaldı: Cənnətov ən çox qol buraxan qapıçı oldu STATİSTİKA
- 26 İyn 2020 18:00
- 1662
COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətə uyğun olaraq 2019/2020-ci il mövsümü üçün AzərbaycanPremyer Liqası və ölkə kuboku uğrunda yarışlar dayandırıldı. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək klublar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirildi. Ölkəmizi təmsil edəcək klublara uğurlar arzulayırıq. Bizdən fərqliolaraq Türkiyə Super liqasında çempionluq yarışı davam edir. Böyük İstanbul klublarının və “Trabzonspor”un oyunlardakı heyətinə nəzər yetirdikdə maraqlı situasiya ilə rastlaşdıq. Hər 4 klubun heyətində əsas və ehtiyyat qapıçılar türkiyəlidir. Düzdür, mövsümün böyük hissəsini “Beşiktaş”da Karius oynasa da hazırda klubun qapısını iki yerli gənc qapıçı qoruyur. “Qalatasaray”da isə Muslera zədələndiyi üçün klub iki yerli gənc qapıçının ümidinə qalıb. “Trabzonspor”a nəzər yetirdikdə isə Uğurcan Çakırı mövsümün tapıntısı kimi qeyd etmək olar. “Fənərbaxça”da isə qapını gənc Altay Bayındır qoruyur.
Bəs bizim klublarda vəziyyət necədir? Yarımçıq bitən ölkə çempionatında oynayan və oynamaq arzusu ilə yaşayıb oynaya bilməyən qapıçıların araşdırmasını apardıq. Yarımçıq çempionat bizə kimləri qazandırdı?
20 tur ərzində 8 klub 29 qapıçı sifariş vermişdiki, onlardan da 16-sı meydana çıxıb. Çempionat davam etsə idi, ehtiyyatda oturan bəzi qapıçıları meydanda görə bilərdik. Çox təssüflə qeyd etmək istərdik ki, sifarişdə qeyd olunan gənc qapıçılarımız 1 dəqiqə də olsun meydanda olmayıb. Meydançada olan ən gənc qapıçı “Sumqayıt”da Aydın Bayramov (24 yaş) olub ki, onu da baş məşqçi Ayxan Abbasov Mehdi Cənnətovun sarı vərəqə limitini doldurduğu üçün məcburiyyətdən oynadıb. Digər klublara gəlincə:
“Qarabağ”- Mövsüm boyu dörd qapıçı sifariş versə də iki qapıçı meydanda olmuşdur. Vaqner mövsüm boyu yeyib-yatıb desək yanılmarıq. Nicat isə ilk dövrəni “Sumqayıt”da icarədə, özü də ehtiyyatda qalmaqla keçirmiş, ikinci dövrədə Ağdam klubuna geri dönmüşdü. Təbii ki, yenə ehtiyatda qalmışdı. Beqoviçin gedişindən sonra əsas heyətdə oynayan Şahruddin üçün qış fasiləsindən sonrakı dönəmi uğurlu saymaq olar. Dağıstanlı qapını qoruduğu 10 oyunda cəmi iki qol buraxıb.
“Neftçi” - Mövsüm ərzində qapını daha çox Səlahət Ağayev qoruyub. Son turlarda isə baş məşqçi Fizuli Məmmədov çərçivəni Aqil Məmmədova etibar edib. Klubda olan gənc qapıçı Kamran İsmayılovu isə yalnız ehtiyyat oyunçular skamyasında görmək olardı. Yaxşı ki, U-21-in oyunlarında meydana çıxan qapıçı oyun praktikası qazandı.
“Keşlə” - Mövsüm ərzində bütün oyunlarda qapını Stanislav Namaşko qorudu. İnsaf naminə, pis təsir bağışlamadı. 33 yaşlı qapıçı 3 ildən sonra yenidən qayıtdığı Azərbaycan çempionatında rahat şəkildə əsas heyət oyunçusuna çevirilməyi bacardı. Digər qapıçısı Rəşad Əzizlini bəxtsiz saymaq olar. Mövsüm ərzində heç bir oyuna çıxmadı. Ümid edək ki, baş məşqçi klubun gənc qapıçılarına gələn mövsüm şans verəcək. Söhbət Şahin Zəkiyev və Əkbər Vəliyevdən gedir.
“Sumqayıt” - Mövsüm ərzində bir oyundan başqa bütün oyunlarda qapını Mehdi Cənnətov qorudu. 19 oyuna çıxan dağıstanlı qapıçı 31 qol buraxmaqla yadda qaldı. Premyer Liqada meydana çıxan qapıçılar arasında ən çox qol buraxan qapıçı da məhz Cənnətov oldu. 14-cü turda öz meydanında “Qəbələ” ilə oyunda meydana çıxan Aydın Bayramov qalan oyunları ehtiyatda keçirdi. Klubun 3-cü qapıçısı Ələkbər Əliyev isə əsasən əvəzedicilərin çempionatında qapını qorumaqla yadda qaldı.
“Zirə” - Mövsüm ərzində klubun qapısına diqqət yetirdikdə Orxan Sadıqlı ilə Boyan Zoqoviçin tez-tez bir-birini əvəzlədiyini gördük Son turda isə qapını yeni transfer Emil Balayev qorumuşdu. Turnir cədvəlinə baxdıqda ən çox top (37) buraxan klubun “Zirə” olduğunu görmək olar. Klubun 4-cü qapıçısı Abdulla Seyidəhmədov isə mövsüm boyu oyuna çıxmağa həsrət qaldı.
“Sabah” - Mövsüm ərzində 17 oyun qapıda duran təcrübəli Saşa Staminkoviç klubun əsas qapıçısı oldu. Çempionatın 3 turunda isə baş məşqçi qapını ukraynalı Dimitro Bezruka həvalə etmişdir. Klubun 3-cü qapıçısı Hüseynəli Quliyev isə əsasən əvəzedicilərin çempionatında qapını qorumaqla yadda qaldı.
“Səbail” - Mövsümün ilk dövrəsində qapını təcrübəli Kamal Bayramov qorumuşdur. Mövsümün əvvəlində ilk iki turda sifariş ərizəsində adı olan Daniel Bojinovski sonradan qarşılıqlı razılıq əsasında klubla yollarını ayırmalı oldu. İkinci dövrədə isə klubun qapısını Aleksandr Rıbka qorudu. Klubun 3-cü qapıçısı, “Bakı”-nın yetirməsi olan Elxan Əhmədov isə ehtiyyat oyunçular skamyasını özünə məskən seçdi.
“Qəbələ” - Mövsüm ərzində 15 tur klubun qapısını Anar Nəzirov qorudu. Bəzən zədə və cəzaya görə meydana çıxa bilməyən Anarı, Tərlan Əhmədli əvəz etməli oldu. Əhmədli 6 tur ərzində 14 qol buraxmaqla ən zəif (2,33) göstəriciyə malik oldu. Digər 2 gənc qapıçının adını bəzi oyunlarda sifariş vərəqələrində ehtiyat oyunçular siyahısında görmək olardı. Gələn mövsüm Elmar Baxşıyev Müşviqlə Elməddinə etibar etsə yeni Kamran Ağayevlər qazana bilərik.
Maraqlıdır ki, Nicat, Kamran, Şahin, Aydın, Abdulla,Hüseynəli, Elxan və digər adını çəkmədiyim gənc azərbaycanlı qapıçılarımız nə vaxt oynayacaqlar? Bu uşaqlar heç də dağıstanlıdan, moldavandan, ukraynalıdan, serbdən zəif q deyillər. Sadəcə güvənmək lazımdır. Avropa Çempionatının seçmələrinin son 4 turunda millinin şərəfini qoruyan Emil Balayev göstərdi ki,yerli qapıçılara güvənmək olar. Biz daha çox yerli gənclərə gücənməliyik, nəinki 33 yaşlı Namaşkoya, 31 yaşlı Boyan Zoqoviçə, 35 yaşlı Stamenkoviçə. Bizlərə Nicatlar, Kamranlar, Şahinlər, Abdullalar qalacaq.
S/s |
Oyunçunun adı,soyadı |
Klubu |
Milliyyəti |
Yaşı |
Oyun sayı |
Oynadığı dəqiqə |
Buraxdığı top sayı |
Oyun sayına top buraxma |
1 |
Vaqner Da Silva |
Qarabağ |
Brazilyalı |
34 yaş |
- |
- |
- |
- |
2 |
Asmir Beqoviç |
Qarabağ |
Bosniyalı |
33 yaş |
10 |
900 |
-5 |
0,5 |
3 |
Şahruddin Məhəmmədəliyev |
Qarabağ |
Dağıstanlı |
26 yaş |
10 |
900 |
-2 |
0,2 |
4 |
Nicat Mehbalıyev |
Qarabağ |
Azərbaycanlı |
19 yaş |
- |
- |
- |
- |
5 |
Səlahət Ağayev |
Neftçi |
Azərbaycanlı |
29 yaş |
16 |
1335 |
-11 |
0,68 |
6 |
Aqil Məmmədov |
Neftçi |
Azərbaycanlı |
31 yaş |
6 |
465 |
-3 |
0,5 |
7 |
Kamran İbrahimov |
Neftçi |
Azərbaycanlı |
21 yaş |
- |
- |
- |
- |
8 |
Stanislav Namaşko |
Keşlə |
Moldovalı |
33 yaş |
20 |
1800 |
-21 |
1,05 |
9 |
Rəşad Əzizli |
Keşlə |
Azərbaycanlı |
26 yaş |
- |
- |
- |
- |
10 |
Şahin Zəkiyev |
Keşlə |
Azərbaycanlı |
21 yaş |
- |
- |
- |
- |
11 |
Əkbər Vəliyev |
Keşlə |
Azərbaycanlı |
18 yaş |
- |
- |
- |
- |
12 |
Mehdi Cənnətov |
Sumqayıt |
Dağıstanlı |
28 yaş |
19 |
1710 |
-31 |
1,63 |
13 |
Aydın Bayramov |
Sumqayıt |
Azərbaycanlı |
24 yaş |
1 |
90 |
-1 |
1 |
14 |
Ələkbər Əliyev |
Sumqayıt |
Azərbaycanlı |
19 yaş |
- |
- |
- |
- |
15 |
Orxan Sadıxlı |
Zirə |
Azərbaycanlı |
27 yaş |
11 |
990 |
-23 |
2,09 |
16 |
Boyan Zoqoviç |
Zirə |
Çernaqoriyalı |
31 yaş |
8 |
720 |
-13 |
1,62 |
17 |
Emil Balayev |
Zirə |
Azərbaycanlı |
26 yaş |
1 |
90 |
-1 |
1 |
18 |
Abdulla Seyidəhmədov |
Zirə |
Azərbaycanlı |
23 yaş |
- |
- |
- |
- |
19 |
Saşa Staminkoviç |
Sabah |
Serbiyalı |
35 yaş |
17 |
1530 |
-21 |
1,23 |
20 |
Dmitro Bezruk |
Sabah |
Ukraynalı |
24 yaş |
3 |
270 |
-6 |
2 |
21 |
Hüseynəli Quliyev |
Sabah |
Azərbaycanlı |
20 yaş |
- |
- |
- |
- |
22 |
Aleksandr Rıbka |
Səbail |
Ukraynalı |
33 yaş |
9 |
810 |
-13 |
1,44 |
23 |
Elxan Əhmədov |
Səbail |
Azərbaycanlı |
26 yaş |
- |
- |
- |
- |
24 |
Kamal Bayramov |
Səbail |
Azərbaycanlı |
34 yaş |
11 |
990 |
-17 |
1,54 |
25 |
Daniel Bojinovski |
Səbail |
Makedoniyalı |
30 yaş |
- |
- |
- |
- |
26 |
Anar Nəzirov |
Qəbələ |
Azərbaycanlı |
34 yaş |
15 |
1338 |
-21 |
1,4 |
27 |
Tərlan Əhmədli |
Qəbələ |
Azərbaycanlı |
25 yaş |
6 |
462 |
-14 |
2,33 |
28 |
Müşviq Nadirov |
Qəbələ |
Azərbaycanlı |
18 yaş |
- |
- |
- |
- |
29 |
Elməddin Sultanov |
Qəbələ |
Azərbaycanlı |
19 yaş |
- |
- |
- |
- |
QEYD: Adları tünd qara rənglə göstərilənlər cari mövsüm bir dəfə də olsun, meydançaya çıxmayanlardı.
Cavid MƏMMƏDOV