Rekord.az xəbər verir ki, dünya futbolunda 2020-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb.

Koronavirus pandemiyasına baxmayaraq, Avropanın aparıcı klubları yüksək məbləğlər ödəyərək heyətlərini gücləndiriblər.

Siyahının ilk pilləsində "Bayer"dən "Çelsi"yə keçən Kay Haverts qərarlaşıb. London təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəyib.

İkinci sırada "Barselona"dan "Yuventus"a yollanan Artur Melo (72 milyon avro) qərarlaşıb. Üçüncü mövqedə isə "Lill"i İtaliya təmsiçisi "Napoli"yə dəyişən Viktor Osimhen (70 milyon avro) yer alıb.

1. Kay Haverts - "Bayer" (Almaniya) >> "Çelsi" (İngiltərə) - 80 milyon euro

2. Artur Melo - "Barselona" (İspaniya) >> "Yuventus", (İtaliya) - 72 milyon avro

3. Viktor Osimhen - "Lill" (Fransa) >> "Napoli", (İtalia) - 70 milyon avro

4. Ruben Dias - "Benfika" (Portuqaliya) >> "Mançester Siti" (İngiltərə) - 68 milyon avro

5. Miralem Piyaniç - "Yuventus" (İtaliya) >> "Barselona" (İspaniya) - 60 milyon avro

6. Timo Verner - "Leyptsiq" (Almaniya) >> "Çelsi" (İngiltərə) - 53 milyon avro

7. Ben Çiluell - "Lester" (İngiltərə) >> "Çelsi" (İngiltərə) - 50,2 milyon avro

8. Mauro İkardi - "İnter" (İtaliya) >> PSJ (Fransa) - 50 milyon avro

9. Tomas Partey - "Atletiko" (Madrid, İspaniya) >> "Arsenal" (İngiltərə) - 50 milyon avro

10. Natan Ake - "Bornmut" (İngiltərə) >> "Mançester Siti" (İngiltərə) - 45, 3 milyon avro