2022-ci ildə qazanılan medal sayı və maliyyə hesabatı açıqlandı
- 28 Dek 2022 16:00
- 402
Azərbaycan Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə komitənin prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə məlumat verib.
Onun dediyinə görə, quruma il ərzində 1 374 184 manat vəsait daxil olub:
“Onlardan 702 240 manatı büdcə vəsaitidir, 380 000 manatı Sosial Xidmətlər Agentliyi, 199 827 manatı (36 000 cüdoda təlim-məşq toplanışı, 22 868 GİN dopinq) Gənclər və İdman Nazirliyi, 30 117 manatı Güllə Atıcılığı Federasiyası, 62 000 manatı isə tərəfdaşlardan əldə olunub”.
Məmmədov Milli Paralimpiya Komitəsinin ümumi xərclərinin 1 367 706 manat təşkil etdiyini diqqətə çatdırıb.
Yeri gəlmişkən, Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə əldə etdikləri medalların sayı bəlli olub. Kamal Məmmədovun sözlərinə görə, ümumilikdə 77 medal qazanılıb: “Bunlardan 26-sı qızıl, 18-i gümüş, 33-ü isə bürünc medaldır”.