203 sm-lik gözəldən nəfəskəsən FOTOLAR
- 22 Apr 2021 17:00
- 2268
Avstraliyalı basketbolçu Liz Kembic yenidən diqqətləri özünə cəlb edib.
Rekord.az xəbər verir ki, qadınların Milli Basketbol Assosiasiyasında çıxış edən ulduz idmançı füsunkar fotolarını paylaşmaqla pərəstişkarlarının qəlbini oxşayıb.
“Sautsayd Flayerz”in heyətində ötən il çempionluq sevinci yaşayan basketbolçu özünə yeni sevgili tapmaq arzusundan da əl çəkmir. Bir müddət əvvəl “boyum 203 sm-dir, seksi sevirəm” paylaşımı ilə diqqət mərkəzinə düşən Liz hələ də istədiyi oğlanı tapa bilməyib.
Qeyd edək ki, Kembic Avstraliya millisinin heyətində Olimpiada-2012-də bürünc, DÇ-2018-də gümüş medal qazanıb.