21-ci əsrin ən çox qol vuran 10 komandası
- 19 İyl 2020 14:20
- 603
21-ci əsrdə ən çox qol vuran klubların siyahısı açıqlanıb.
Rekord.az xəbər verir ki, “transfermarkt” portalının hazırladığı siyahıya “Barselona” başçılıq edir.
Kataloniya klubu 21-ci yüzillikdə keçirdiyi 1193 oyunda 2730 qol vurub.
Siyahının ikinci pilləsində İspaniyanın digər klubu “Real” qərarlaşıb. “Kral klubu”nun bu əsrdə göstəricisi 1162 oyunda 2633 qoldur.
İlk 3-lüyü “Bavariya” tamamlayır.
1. “Barselona” (1192 oyun/2730 qol)
2. “Real” (1162/2633)
3. “Bavariya” (1060/2496)
4. “Arsenal” (1164/2254)
5. “Çelsi” (1156/2227)
6. “Mançester Yunayted” (1169/2226)
7. “Liverpul” (1135/2059)
8. PSJ (1077/2033)
9. “Mançester Siti” (1024/1963)
10. “Olimpik” (Lion) (1069/1938)