21-ci əsrin "Keşlə"si: "skoç"la örtülən ayıb FOTO
- 22 Avq 2020 12:00
- 1091
Premyer Liqanın I turunun "Sumqayıt" - "Keşlə" oyununda kuryoz hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, matçın sonlarına yaxın qonaq komandanın müdafiəçiəsi Tərlan Quliyev meydana 33 nömrəli forma ilə çıxıb.
Lakin müdafiəçinin forma nömrəsi protokolda "3" olduğundan görüşün baş hakimi Elçin Məsiyev onu geri qaytarıb. Yalnız rəqəmlərdən birinin üstünü skoçla bağladıqdan sonra Quliyev meydana daxil olub.
Gördüyünüz kimi, 21-ci əsrdə Azərbaycan çempionatında 90-cı illərib ab-havası ilə yaşayan "Keşlə" kimi klubumuz var.