Basketbol üzrə Azərbaycan çempionatının 21-ci turu yenidən təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat verilib.

Martın 3-də və 5-də keçirilməli olan görüşlər həmin vaxt koronavirus təhlükəsinə görə təxirə salınmışdı. Həmin oyunların bu gün keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçirilməli olan oyunlar texniki səbəblərlə əlaqədar yenidən təxirə salınıb.

21-ci turun keçirilmə vaxtı barədə məlumat yaxın günlərdə veriləcək.