İranın stolüstü tennis millisin üzvü Pərinaz Hacılı yığmadan ayrılıb.

Rekord.az xəbər verir ki, 21 yaşlı idmançı qərarını belə şərh edib:

"Hər bir idmançı kimi mənim də ən böyük məqsədim ölkəmə şərəf və medal qazandırmaq idi. Amma öz ölkənin insanlarından aldığın medal başqa şeydir. Bu gün İran və ölkəmin xalqını görəndə düşünürəm ki, onlar heç bir medal sevindirməyəcək. Ölkəmin insanları, İran yaxşı olanda mənim də medalım qiymətli olacaq".