Braziliyanın “Korintians” klubu 21 futbolçusunda koronavirus aşkarlandığını açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə əsas komandanın üzvü olan 27 futbolçudan son aylarda bütövlükdə 190 koronavirus testi götürüldüyü diqqətə çatdırılıb. Həmin oyunçulardan 21-nin testi müsbət nəticə verib. Virusa yoluxan futbolçulardan 13-nün artıq tam sağaldığı bildirilir. Qalan 8 oyunçunun isə müalicəsi hələ də davam etdirilir. Onlar da tam sağaldıqdan sonra komanda ilə məşqlərə başlaya biləcəklər.

Texniki heyət və klubda çalışan digər şəxslər arasında da koronavirusa yoluxanların sayı çoxdu. Onların arasında da 17 nəfərin virusdan tam qurtularaq işlərini davam etdirdiyi bildirilir.