27 nəfərdə koronavirus aşkarlandı - Paşayevin komandasında
- 15 Okt 2020 22:20
- 568
Ukraynanın “Aleksandriya” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi komandada son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 27 nəfərdə infeksiya aşkarlandığı diqqətə çatdırılıb. Onlardan 15-i evlərində karantinə alınıb, 11-i ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.
Koronavirusa yoluxan bütün futbolçuların temperaturunun normal olduğu, onlarda simptomların müşahidə olunmadığı bildirilir.
Qeyd edək ki, "Aleksandriya" oktyabrın 18-də Ukrayna Premyer Liqasının 6-cı turu çərçivəsində "İnqulets" klubu ilə qarşılaşmalıdır.