"Botafoqo" futbol klubu 29 ildən sonra Braziliya çempionu olub.


Rekord.az xəbər verir ki, komanda bunu 38-ci turda "San Paulo"nu məğlub etməklə (2:1) gerçəkləşdirib.


Xallarının sayını 79-a çatdıran "Botafoqo" ehtiyatda bir oyunu olan "Palmeyras" (73 xal) üçün əlçatmaz olub.


Bu, komandanın tarixində üçüncü çempionluğudur. "Botafoqo" daha əvvəl 1968 və 1995-ci illərdə də eyni uğuru əldə edib.