3-cü turun ilk iki oyunu FİFA referilərinə tapşırıldı
- 10 Sen 2021 18:15
- 615
Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun 2 oyunu üçün bütün təyinatlar müəyyənləşib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşmasını FİFA referisi Rauf Cabbarov idarə edəcək.
“Keşlə” –“Zirə” matçı isə digər FİFA referimiz Əliyar Ağayevə tapşırılıb.
Azərbaycan Premyer Liqası
3-cü tur
11 sentyabr
“Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Masazır. “Bank Respublika Arena”, 18:00.
“Keşlə” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASK Arena”, 20:15.