3 futbolçuda koronavirus aşkarlandı - Super Liqa klubunda
- 04 Dek 2020 18:30
- 501
Türkiyənin “Hatayspor” klubunun 4 üzvündə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Virusa yoluxanların üçü futbolçu, biri isə texniki heyətin üzvüdür.
“Hatayspor” Türkiyə Super Liqasının 11-ci turunda səfərdə “Qalatasaray”la qarşılaşacaq. Sabah keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.