35 ildə baş verən iki hadisə: Milçək kiçikdi, amma ürək bulandırır
- 08 Okt 2019 18:00
- 991
Türkiyəli yazar Cem Zeren Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" oyunu zamanı yaranmış dron qalmaqalı ilə bağlı maraqlı yazı dərc edib.
Rekord.az xəbər verir ki, yazar "Aydınlık" qəzetindəki köşəsində ermənilərin növbəti təxribatından söz açıb.
Maraqlı olacağını nəzərə alıb, yazını sizə təqdim edirik:
"1984-cü il martın 11-də Lüksemburqda A millimiz yerli komanda ilə "dostluq oyunu" keçirdi. Televiziyada canlı yayım yox idi, matçı yalnız radiodan dinləyirdik. Birdən bəzi səslər gəldi və yayım kəsildi. Texniki problem olduğunu düşünmüşdüm. Şərhçi arada hesabı deyirdi, ardından yayım yenə kəsilirdi. Sonradan öyrəndik ki, canlı yayım otağını terrorçular ələ keçirib. TRT-nin cəsur şərhçisi basqın zamanı səsi bağlayıb, imkan tapdıqca əlaqə yaradaraq, hesabı deyirmiş. İndi həmin görüşün epizodlarına baxıram: tribunalar ağzına qədər dolu olub və oyun dağ başında keçirilməyib. Lüksemburqda səlahiyyətli qurumların icazəsi olmasaydı, belə bir hadisə baş verməzdi. Meydanda 3:1 hesabı ilə qələbə qazanmışdıq. Amma masa arxasında o qədər uğurlu deyildik. Çünki Lüksemburq buna görə cəza almamışdı.
3 oktyabr 2019-cu il. Yenə Lüksemburqda. Bu dəfə Avropa Liqasının qrupunda "Düdelanj" - "Qarabağ" oyununda. "Düdelanj" ilk görüşdə APOEL-ə səfərdə qalib gəldiyindən, bu matçın önəmi böyük idi. Ermənistan Avropa Liqasındakı təmsilçiləri "Alaşkert" və "Ararat"la kapitalist bir yalanın təbliğatını apardığı vaxt Azərbaycanı erməni işğalı altında olan Qarabağ komandasının təmsil etməsi doğrudu. Oyunun 30-cu dəqiqəsində "Qarabağ" 2:0 hesabı ilə önə keçdi. Elə bu vaxt meydana böyük bir dron girdi. Həmin drona erməni işğalındakı Qarabağda qurulan separatçı "Dağlıq Qarabağ" bayrağı asılmışdı. Hava ilə meydanın mərkəzinə qədər gələn drondakı bayrağı "Qarabağ"ın azərbaycanlı futbolçuları topla yerə endirməyə çalışdılar. Baş hakim Con Biton isə dronla ediləcək hər hansı hücumdan çəkinərək azərbaycanlıları paltardəyişmə otağına apardı. Azərbaycanlı futbolçular işğalçının bayrağını yerə endirməyə çalışdılar.
Maraqlıdı, tamamı əcnəbilərdən qurulan Türkiyə klubunun bir avrokubok matçına PKK-nin bənzər hücumu olsa, neçə oyunçu həmin parçanı görər? Azərbaycanlılar Lüksemburqda "Qarabağ Azərbaycanındı, belə də qalacaq" deyə qışqırırdılar. Oyun yarım saat dayandırıldı. Lüksemburqlu rəsmilər bu hücumdan xəbərlərinin olmadığını dedilər. "Qarabağ" 4:1 hesablı qələbə qazandı. Meydanda yenə qalib gəldik, masa arxasında nə olacağını bilmirəm.
35 ildən sonra lüksemburqlular yenə cəza almasalar və hansısa komandamız "Alaşkert", "Ararat", "Atromitos" kimi rəqiblərlə oyunlara dronla Türkiyə bayrağının və ya "Famaqusta"nın oyununa KKTC bayrağının girməsinə cəza olmaz, elə deyilmi?
35 ildə baş verən iki bənzər hadisə göstərdi ki, milçək kiçikdi, amma ürək bulandırır.