Misli Premyer Liqasının XIII turu sülhsevərliyi ilə yadda qalıb.


Rekord.az xəbər verir ki, bBeş oyundan üçündə heç-heçə qeydə alınıb.


“Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni – 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.


Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu. 35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.