Türkiyənin “Dənizlispor” klubu hücumçusu Huqo Rodalleqa ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqaviləyə əsasən kolumbiyalı forvard qarşıdakı mövsümdə də Dənizli təmsilçisinin uğurları üçün çalışacaq. 35 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti bu yay başa çatmışdı.

Türkiyədə daha öncə “Akhisarspor” və “Trabzonspor”un da uğurları üçün çalışmış Rodalleqa, “Dənizlispor”da ötən mövsümün əvvəlindən oynayır.