Niderlandın “Ayaks” klubu hücumçusu Klaas-Yan Huntelarla yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı hücumçu ilə bu yay başa çatacaq müqavilənin müddəti daha 1 il uzadılıb. Yeni müqaviləyə əsasən, Niderland yığmasının sabiq forvardı daha bir mövsüm oynayacaq.

Qeyd edək ki, Huntelar Niderland çempionatında vaxtından əvvəl başa çatdırılan 2019/20 mövsümündə 18 matçda 9 qol vurub, 2 qolun ötürməsini verib. PSV-nin yetirməsi olan, ölkəsində “De Qraafşap”, AGOVV, “Herenven” kimi klublarda da çıxış edən təcrübəli forvard 2006-2009-cu illər aralığında da “Ayaks”da oynayıb. Məhz bu klubdan Madrid “Real”ına transfer olunan Huntelar, daha sonra “Milan” və “Şalke”də də çıxış edib. 2017-ci ildə isə o, yenidən “Ayaks”a qayıdıb.