37 yaşlı qapıçı minifutbol millisinə cəlb olundu
- 27 Okt 2023 16:00
- 1465
Bu gün dünya çempionatı çərçivəsində İraq millisi ilə qarşılaşacaq Azərbaycanın minifutbol millisinə daha bir yeni oyunçu cəlb olunub.
Rekord.az xəbər verir ki, bu, qapıçı Vəli Qafarovdu.
37 yaşlı sumqayıtlı əlcək sahibi bir vaxtlar mövcud olmuş "Gənclərbirliyi" komandasında çıxış edib. Daha sonra I Divizion və Həvəskarlar Liqasında müxtəlif komandalarda forma geyinib.