37 yaşlı qapıçının taleyini azarkeşlər müəyyənləşdirəcək
- 26 May 2020 18:20
- 760
Şotlandiyanın “Livinqston” klubu müqaviləsinin müddəti başa çatan Qari Meylinin komandadakı aqibətini maraqlı üsulla müəyyənləşdirəcək.
Rekord.az xəbər verir ki, 37 yaşlı qolkiperin taleyini azarkeşlərin fikri bəlli edəcək.
Klub rəsmi “twitter” hesabında sorğu yerləşdirib və azarkeşlərin Meylinin komandadan qalmasına, yaxud qalmamasına səs vermələrini istəyib. Tərəfdarların səs çoxluğuna əsasən qapıçının komandada qalıb-qalmayacağı müəyyənləşəcək.