“Sampdoriya”nın hücumçusu Fabio Kvalyarella A seriyasının 2-ci turunda “Sassuolo” ilə keçirilən oyunda diqqət mərkəzinə düşüb.

Rekord.az xəbər verir ki, Fabio komandasının qələbə qazanmasına kömək edə bilməyib (0:0).

Amma o, turun ən sürətli futbolçusu seçilib. 38 yaşlı hücumçu saatda 35,07 km sürət yığıb. Bu da turun rekordu olub.

Fabio bütün karyerası ərzində A seriyasında çıxış edib. O, 502 oyunda 177 qol vurub, 50 qol ötürməsi edib.