"Turan Tovuz"un 38 yaşlı qapıçısı Kamal Bayramov yaxın illər ərzində karyerasını bitirməyi düşünmür.

Rekord.az-a açıqlamasında o, hələ oynamağa gücünün olduğunu bildirib: "Hələ ki, fiziki baxımdan özümdə güc görürəm. Ona görə də yaxın zamanlarda karyeramı bitirmək haqda fikir ağlımdan keçmir. Hər zaman oynamağa hazıram. Təbii ki, oynamaqla bağlı qərarı baş məşqçi verir. Mən öz üzərimə düşəni edirəm ki, daim formada olum".