Fransalı qapıçı Stiv Mandanda "Renn"lə müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiper 2022-ci ilin yayında azad agent kimi Marsel "Olimpik”indən "Renn"ə keçib.

Mandanda Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub. Mandanda həmçinin "Havr" və "Kristal Pelas"da da oynayıb.