Argentinanın “Nyuells Old Boys” klubu 39 yaşlı futbolçusu Maksi Rodriqeslə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi ilə yeni müqavilə 2021-ci ilə qədərdi. Argentinalı futbolçu son mövsümdə 24 oyuna çıxıb, 6 qola imza atıb. Məhz bu məhsuldarlığına görə, klub təcrübəli futbolçunu daha bir il saxlamağa qərar verib.

Qeyd edək ki, peşəkar karyerasına 1999-cu ildə məhz “Nyuells Old Boys” klubunda başlayan Rodriqes, daha sonra İspaniyada “Espanyol”, “Atletiko” (Madrid), İngiltərədə “Liverpul”un, Uruqvayda “Penyarol”un uğurları üçün çalışıb. O, Argentina millisində 50-dən çox oyun keçirib, 16 qol vurub.