Fabio Kvalyarella gələcək karyerası ilə bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, 39 yaşlı hücumçu “Sampdoriya” ilə müqaviləsini uzatmaq niyyətindədir.

Bunu Kvalyarellanın agenti açıqlayıb: “Fabionun artıq 39 yaşı var. Lakin kifayət qədər gücü olduğu üçün hələ də “Sampdoriya”da oynamaq istəyir. O, bu kluba çox sadiqdir”.

Qeyd edək ki, forvard cari mövsümün 32 matçında 3 qol vurub.