2 saylı tam orta məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənclər arasında 3x3 basketbol üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, gənclər arasında basketbol idman növünə marağın artırılması, bu idman növünün rayonda inkişaf etdirilməsi, idman oyunlarının kütləviliyinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği olunması, gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi daşıyan yarışda 9 komanda iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Cəsurlar” komandası I, Zarat kəndinin “Zarat” komandası komandası II, “Qələbə” komandası isə III yeri tutub.

Yer tutan komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif ediliblər.