4-cü diviziona icarəyə verilib sonradan Çempionlar Liqasını qazanan futbolçu
- 04 Sen 2021 15:20
- 510
“Çelsi”nin futbolçusu Jorjino komandaya gəldiyi ilk günlərdə yaşadığı çətinliklər barədə danışıb.
Rekord.az xəbər verir ki, İtaliya millsinin üzvü transfer olunduğu bütün komandalarda ilk vaxtlar problemlərlə üzləşdiyini bildirib.
O, “Çelsi”də də tənqidlərə tuş gəldiyini deyib:
“Çelsi” karyeramın əvvəlində “Napoli” üçün darıxırdım. Mənim barəmdə bunları deyirdilər: çox ləngdir, zəifdir, “Sarrinin oğludur”.
Bütün bunlar məni qəzəbləndirirdi. Amma onlar məni qiymətləndirmirdilər. Əslində bütün klublarda belə problemlə üzləşmişdim.
“Verona”ya keçdim, heç kim mənə diqqət göstərmirdi. Məni 4-cü diviziona icarəyə verdilər. Orada da kiməsə lazım deyildim.
Amma mən yorulmadan çalışmağa davam edirdim. Hamıya sübut etmək istəyirdim ki, hörmətə layiqəm. “Verona”ya qayıtdım,
A seriyasına yüksəldik. Ondan sonra “Napoli”də ağır il oldu. Daha sonra Sarri gəldi və hər şey dəyişdi.
“Çelsi”də tənqidlər? Boş verin, tənqid məni alovlandırır. Həmin vaxt deyirdim ki, bu şəxslərə gələcəkdə çətin olacaq.
Budur, mən artıq Avropa Liqasını, Çempionlar Liqasını qazanmışam. Həmin vaxt məni tənqid edənlərə yalnız bunu demək istəyirəm: Çox sağ olun”.