4 il əvvəl öldüyü deyilən futbolçu sağ çıxdı
- 05 May 2020 18:20
- 624
2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdiyi deyilən “Şalke” klubunun futbolçusu Hianik Kamba sağdı.
Rekord.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Xəbərdə, Kambanın hazırda Almaniyanın Rur bölgəsində yaşadığı bildirilir. Kamba, hazırda energetika şirkətində kimya mühəndisi vəzifəsində çalışır.
2016-cı ildə dostlarıyla birlikdə Konqoya gedən Kambanın avtomobil qəzasında dünyasını dəyişdiyi açıqlanmışdı. Əslində isə bu xəbərin onun həyat yoldaşı tərəfindən qəsdən yayıldığı üzə çıxıb.
Artıq məhkəmə Kambanın keçmiş həyat yoldaşına qarşı iş açıb. Onun Kambanın ölümünü saxtalaşdırdıqdan sonra altı rəqəmli məbləğdə sığorta pulu aldığı bildirilir. Bu qadın sığorta agentliyinə ərinin öldüyünü təsdiqləyən sənədlər təqdim edib. Amma həmin sənədlərin saxta olduğu ehtimalı var.