Almaniyanın “Kayzerslautern” klubu müflis olub.

Rekord.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.

Xəbərdə, klubun 20 milyon avrodan çox borcu olduğu bildirilir. 3-cü Bundesliqada çıxış edən klub yeni mövsüm üçün də lizensiya almalıdır və buna görə daha 15 milyon avroya ehtiyac var. “Kayzerslautern”in artıq bu gündən iflas proseduruna başladığı bildirilir.

“Kayzerslautern” 4 dəfə Almaniya çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.