
41 yaşlı müdafiəçi ilə yeni müqavilə
- 14 Fev 2025 19:20
- 138
Braziliyalı müdafiəçi Dante “Nitsa” ilə müqaviləsinin müddətini uzadıb.
Rekord.az Fransa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər bir mövsümlük yeni sözləşmə imzalayıb.
Braziliyalı oyunçu 2016-cı ilin avqustundan “Nitsa”nın rənglərini qoruyur.
41 yaşlı müdafiəçi bu mövsüm Liqa 1-də 15 matçda iştirak edib. Onun komandası Fransa çempionatının 21 turundan sonra 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.