441 futbolçu FİFA-ya müraciət etdi
- 15 İyn 2020 18:20
- 688
Maaşlarının ödənilmədiyini iddia edən 441 futbolçu FİFA-ya müraciət edib.
Rekord.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Bu futbolçuların 89 faizi Avropa klublarına məxsus oyunçulardır. Onlar klubları müflisləşdiyi və ya digər səbəbdən maaşlarını ala bilmədiyi üçün FİFA-ya müraciət ediblər. Futbolçular FİFA-dan maaşlarının ödənilməsini tələb edirlər.
FİFA, Peşəkar Futbolçular Assosiasiyası Beynəlxalq Federasiyası vasitəsilə müraciətləri ayın sonuna qədər qəbul edəcək.
FİFA və FİFPro klubları müflisləşmiş futbolçuların maaşlarını vermək üçün beynəlxalq fond yaradıb. Fond iyulun 1-dən işə başlayacaq.