5-ci rusiyalı, 65-ci legioner
- 02 Dek 2024 11:40
- 68
Misli Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
Rekord.az xəbər verir ki, Vasili Berezutski “Sabah”da debüt edib.
Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.
Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub. Onadək 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.
Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.