Futbolda 5 oyunçu dəyişikliyi qaydasının tətbiq olunacağı ilk milli çempionat bəlli olub.

Rekord.az xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı problemlərlə əlaqədar Beynəlxalq Futbol Birliyi Assosiasiyası (İFAB) bir neçə gün öncə 5 oyunçu dəyişikliyinin tətbiqinə icazə vermiş, bundan istifadənin isə yerli futbol federasiyaları tərəfindən könüllü olacağını bildirmişdi.

Artıq Almaniya Futbol Federasiyası bu qaydanın tətbiqinə dair qərar qəbul edib. Belə ki, Almaniyanın 1-ci və 2-ci Bundesliqasında 2019/20 mövsümünün qalan hissəsində 5 oyunçu dəyişikliyindən istifadə olunacaq. Komandalar qarşıdakı 9 tur ərzində oyun zamanı 5 dəyişikliyə əl ata biləcək. Bu əvəzetmələr biri fasilədə olmaq üzrə 4 həmlədə həyata keçirilməlidi.

Qeyd edək ki, mayın 16-dan etibarən həm əsas, həm də 2-ci Bundesliqada mövsümün bərpası nəzərdə tutulub.