Yaponiyanın “Yokohama” klubu futbolçusu Kazuyoşi Miuranın müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 53 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2021-ci ilin sonuna qədərdir.

Miura 2017-ci ildən “Yokohama” klubunda çıxış edir. Hücumçu, rəsmi oyunlarda iştirak edən ən yaşlı peşəkar futbolçu kimi tarixə düşüb.