![photo](https://www.rekord.az/storage/uploads/5/185169-ij1h2pa1xy.jpg)
56 yaşlı futbolçu ilə yeni müqavilə
- 11 İyl 2023 20:57
- 246
Dünyanın ən yaşlı futbolçusu Kadzuesi Miura daha bir mövsüm futbol oynamağa davam edəcək.
Rekord.az xəbər verir ki, Portuqaliyanın 2-ci liqasında mübarizə aparan "Oliveyrense"də çıxış edən 56 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, yaponiyalı yarımmüdafiəçi bu ilin fevral ayında "Oliveyrense"yə keçib. O, ilk peşəkar oyununa 1982-ci ildə çıxıb.