Misli Premyer Liqasının VI turu iki rekordla əlamətdar olub.

Rekord.az xəbər verir ki, üç gün ərzində keçirilən 5 oyunda ümumilikdə 10 min 950 tamaşaçı qeydə alınıb.

Bu, mövsümün arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib.

Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” oyununu 4500, “Turan Tovuz” – “Qəbələ” matçını 4000 izləyici seyr edib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) qarşılaşmalarında ümumilikdə 2450 tamaşaçı qeydə alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionundakı qarşılaşmasında 4300 seyrçi olub.

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42 min 381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.